Əsas səhifə » Paris-2024: Azərbaycan idmançılarının nəticələri

Paris-2024: Azərbaycan idmançılarının nəticələri

Fərid Mikayilov

Bakı,AzerVoice

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin 6 idmançısı mübarizəyə qoşulub.

Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.

banner

25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finala iştirak edəcək

27 iyul

Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət

Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət

Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb

Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer

Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət

Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice