Əsas səhifə » Pakistan hökuməti Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib – Pakistan Baş naziri

Pakistan hökuməti Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib – Pakistan Baş naziri

Tasnim İsmixan

Bakı. AzerPress:

Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib.

AzerPress-in məlumatına görə, bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.

“Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib”, – deyə siyaşətçi bildirib.

banner

Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya humanitar yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.

Digər Kateqoriyalar

2023 © AzerVoice