Əsas səhifə » Mirziyoyev və Putin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Mirziyoyev və Putin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Laman Asadli

Bakı. AzerVoice:

Mayın 8-də Moskvaya işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub.

AzerVoice xəbər verir ki, görüş zamanı Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Qeyd edək ki, Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında və İkinci Dünya Müharibəsində qələbənin 79-cu ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice