Bakı,AzerPress
“Özbəkistan – 2030” Strategiyasında rəqabət mühitinin yaradılması və istehsalın həcminin 1 milyon ədədə çatdırılması, şəhər və rayonların ictimai nəqliyyatla tam əhatə olunması, yeni avtobusların sayının 5 minə, elektriklə işləyən avtobusların sayının 2 minə çatdırılması nəzərdə tutulur. AzerPress-in məlumatına görə, bu haqda Öznəksitan Ali Məclisin qanunvericilik palatasının üzvü, Maxfirat Xushvaktova bildirib.
O qeyd edib ki, Özbəkistanda aparılan iqtisadi islahatlar nəticəsində və logistika ilə bağlı çətinliklərə baxmayaraq, son illər avtomobil istehsalı 3 dəfə artıb. “Dövlət inhisarının aradan qaldırılması və sənayedə rəqabətin inkişafı məqsədilə 3 yeni özəl müəssisə və nüfuzlu xarici brendlər cəlb olunub. Bu gün ölkəmizdə 8 zavod onlarla növdə minik avtomobilləri, yük və sərnişin daşımaları, kənd təsərrüfatı və xüsusi texnika istehsal edir. 2 mindən çox müəssisə vahid kooperasiya şəbəkəsinə birləşdirilib və istehsalın 50 faiz lokallaşdırılması təmin edilib. ”-deyə o qeyd edib.