Əsas səhifə » Özbəkistan və Böyük Britaniya rəsmiləri müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

Özbəkistan və Böyük Britaniya rəsmiləri müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

Laman Asadli

Bakı. AzerPress:

Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə görüşüb.

AzerPress xəbər verir ki, tərəflər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Məlumata əsasən, Britaniya tərəfi ötən həftə Londonda keçirilmiş və 150-dən çox Britaniya şirkətinin nümayəndələrinin iştirak etdiyi Özbəkistan-Britaniya Ticarət və Sənaye Şurasının 27-ci iclasını yüksək qiymətləndirib.

banner

Bundan əlavə, tərəflər uzunmüddətli sülhün, sosial və iqtisadi sabitliyin təmin edilməsinə kömək etmək üçün Əfqanıstandakı vəziyyətlə bağlı sıx dialoqun davam etdirilməsi barədə razılığa gəlib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice