Əsas səhifə » Özbəkistan İƏT-in növbəti sammitinə ev sahibliyi edəcək

Özbəkistan İƏT-in növbəti sammitinə ev sahibliyi edəcək

Laman Asadli

Bakı, AzerPress:

Noyabrın 8-9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.

AzerPress xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Gündəliyə uyğun olaraq, İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.

banner

Məlumata əsasən, sammitin proqramı çərçivəsində Özbəkistan lideri bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Tehran şəhərində daimi katibliyi ilə yaradılıb. Özbəkistan Respublikası 1992-ci ildən İƏT-in üzvüdür.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice