Bakı,AzerVoice
Osmanlı İmperiyası əvvəlki nümunələr əsasında məscid tikintisinə böyük əhəmiyyət verirdi. Çünki məscid Os- manlıda da həm dövlət, həm də cəmiyyət səviyyəsində mühüm rol oynayırdı. Mitçell klassik dövrdə müsəlman cəmiyyətlərində məscidə verilən əhəmiyyəti belə nəql edir: “Həm coğrafi, həm də mənəvi cəhətdən İslamın mərkəzində Kəbə dayanır. Hər məscidin mehrabı üzünü oraya tutur. Namaz qılan hər bir müsəlman və bütün İslam cəmiyyətləri Kəbədən böyüyən bir işıq şöləsi, halqası kimi görünür. Müsəlman dünyası mərkəzi Məkkə olan və dünyanın dörd bir tərəfindəki məscidlərdən bu mərkəzə xətt çəkilmiş əzəmətli bir kürə kimidir. Bu xətlər tək şəhərdə birləşir. Bu şəhər Məkkədir və xətlərin birləşmə nöqtəsi də onun mərkəzindəki Kəbədir”.
Osmanlılar öz bölgələrində memarlığın zirvəsinə ucal- mışdılar. Həmin dövrlərə qədər müsəlmanların dini memarlığı sadə binalardan ibarət idi. Osmanlılar binaları kəmər, günbəz, yarımgünbəz və sütunlardan ibarət dinamik bir memarlıqla bəzədilər. Məscid arabesklə örtülmüş dar və qaranlıq divarlardan qurtulmuş, estetik və zərif bir məbədə çevrilmişdir.
İstanbuldakı Sultan Əhməd məscidinin tikintisinə 1609- cu ildə başlanılmış, 1617-ci ildə tamamlanmışdır. Məbədin ətrafında dörd minarə vardır. Qarşı tərəfdə isə gənc sultanın türbəsi mövcuddur. Həmin dövrün ən məşhur abidələrindən biri də Memar Sinanın (1490-1588) inşa etdiyi məscid və binalardır. Qanuninin ölümündən sonra da memarlıq və incəsənət fəaliyyətləri sülalənin digər üzvləri və yüksək təbəqəyə aid şəxslərin himayəsində davam etmişdir. İmperiyada yüzlərlə ictimai əhəmiyyəti olan bina tikilmiş və Osmanlı mədəniyyətinin yayılmasına xidmət etmişdir. İmperiyanın paytaxtından kənarda da dini məz- munlu abidələr ucaldılmışdır.
Konstantinopolun 1453-cü ildə ələ keçirilməsi ilə Osmanlının incəsənət və memarlıq üslubunda Bizansın təsiri başlayır. Bu təsir Sultan II Mehmet və Süleyman Qanuninin özünə inamı, dünyagörüşü və indi də mövcud olan çox sayda dini və mülki binanın, xüsusilə də Aya Sofya məscidinin varlığı ilə əlaqələndirilmişdir. Türk alimləri Osmanlı memarlığına Bizansın təsirini ciddi hesab etmir, avropalı alimlər isə bu təsiri ifrat dərəcədə dilə gətirirlər. 1451-1481-ci illərdə Osmanlı dövlətini idarə edən Fateh Sultan Mehmet həm dünyanın ən mühüm şəhərlərindən biri olan İstanbulu fəth etmiş, həm də Sezar və İsgəndərin varisi olmuşdur. II Mehmet Rum rəssamları işə cəlb etmiş və şəhərin müqəddəsliyini qorumuşdur. Bəzi italiyalı sənətkarların İstanbulda işləməsini dəstəkləmişdir. Bütün bunlara baxmayaraq, Qərb sənətkarlarının Osmanlı incəsənətinə təsiri çox böyüdülməməlidir. Əksinə, saray emalatxanaları və yerli təşəbbüslərin yol açdığı inkişaf daha çox əhəmiyyət kəsb edir.
Həqiqətən də, İslam incəsənətini Bizans mədəniyyətinin xələfi hesab etmək olar. Memarlıqda Bizans mirası böyük əhəmiyyət daşıyır. Ehtimal olunur ki, minbər Bizansın
“ambo”sundan (kürsü), məqsurə də (məscidlərdə hökmdar və müşayiətindəkilərin namaz qılması üçün xüsusi yer) “kralın qəbul otağından” nümunə götürülmüşdür. Türk və Avropa alimlərinin Aya Sofya məbədinin Osmanlı məscidlərinə təsiri haqqındakı mübahisələrinə geri qayıdaq. Qərb alimləri bu fikirdədirlər ki, fəthdən sonra inşa edilən məscidlərin böyük əksəriyyətində ya Aya Sofya təqlid edilmiş, yaxud da onun memarlıq ünsürlərindən istifadə edilmişdir.
Fəthdən sonra Aya Sofya möhtəşəm bir məscidə çevrilmiş və Osmanlı memarları üçün ilham mənbəyi olmuşdur. Fatih Sultan Mehmet bu şəhəri dünya imperatorluğunun paytaxtı kimi təsəvvür etmiş və bu hədəfini reallaşdırmaq üçün yenidənqurma proqramına başlamışdır. İki saraydan (Qədim və yeni, daha sonra Topqapı Sarayı) əlavə təhsil verilən, dini, ictimai funksiyaları olan Mehmediyə Külliyəsi (daha sonra Fatih Külliyəsi) adlandırılan bir bina inşa etdirmişdir. Fatih Sultan Mehmet türk, İran-İslam və Bizansa aid incəsənət nümunələrindən razı qalmış və Qərbi Avropadakı inkişafa da maraq göstərmişdir. Osmanlı, fars və Avropa sənətkar və alimləri həmin dövrün yenilik hamilərindən biri olan Fatehin sarayında toplaşmışdılar. Konstantinopolun fəthindən sonra İstanbuldakı məscid memarları Aya Sofiyanın memarları ilə əlaqə yaratmış və gemologiya və ikonoqrafiya haqqında yeni məlumatlar əldə etmişdirlər. Məşhur yunanlı mütəxəssis Kritovul bildirir ki: “Sultan şəxsən özü şəhərin mərkəzində yer seçərək ən böyük və ən gözəl məbədlərlə yarışa biləcək əzəmətli bir məscid inşasını əmr etmişdir”. Daha sonra günbəzli türbənin də əlavə edildiyi bu möhtəşəm bina şəhərin qurucusu Konstantinin qəbrinə bitişik olan məşhur Havariyun kilsəsinin yerində tikilmişdir.
Fatih Külliyəsi verdiyi xidmətlərə görə misilsizdir. Hazırlıq sinifləri də olan səkkiz mədrəsə, ibtidai məktəb, ki- tabxana, xəstəxana, qonaq evi, karvansara və hamam… Mədrəsələrdə “üləma” dövlətin idarəetmə iyerarxiyasına hazırlaşır və padşahın mütləq iradəsinə həvalə edilirdi. O, Havariyyun kilsəsinə tabe olan universitetdən təsirlənmişdir. Filologiya, bəlağət, məntiq, riyaziyyat, həndəsə, musiqi və astronomiya dərslərinin verildiyi bu universitet Bizansın ən əsas təhsil qurumlarından idi.
Fatih Sultan Mehmet Havariyyun kilsəsinin xarabalıqları üzərində Sinanın [Sinanüddin Yusuf ibn Abdullah] tərtib etdiyi Fateh Məscidini tikdirmişdir. Bu abidə Bizansdan Osmanlı memarlığına keçidi əks etdirir. Həmçinin müxtəlif ölçülərdə bir neçə günbəz istifadə olunmuşdur. Günbəzlərin çarpazvarı, mərtəbəli və yaxud tərs T şəkilli geniş sahələri vardır. Bu kombinasiya Orta əsrlər Bizans dövrünün kilsələrinin xarici dəhlizlə (son camaat yeri) tamamlanan beşqat düzülüşünü xatırladır.
Bizans Osmanlı memarlığının inkişafına hələ İstanbu- lun fəthindən əvvəl təsir etməyə başlamışdır. Osmanlı məscidlərinin Aya Sofyanın sadə təqlidləri olduğunu fikirləşmək böyük bir xətadır. İstanbulun fəthindən sonra memarlar mehrablarda iki yarım günbəzi birləşdirməyə başlamışdılar. Daha böyük bir sahədə əzəmətli bir qübbə yerləşdirmək istədikdə isə Bizans xüsusiyyətləri nümunə götürüldü. Nəticədə, İstanbulun fəthi məscid memarlığında radikal dəyişiklik düşüncəsinin güclənməsinə yol açmışdır. Bizans memarlığının qızıl dövrü Osmanlı memarları üçün ilham mənbəyi olmuşdur.
Osmanlı padşahlarının digər mədəniyyətlərə qarşı açıq fikirli və dinamik olmaları ilə əlaqələndirir. “Praqmatik yenidənqurma, dəyişiklik və mövcud Bizans binalarının istifadəsi ümumi bir təmayül idi. Məsələn, Orxan Qazinin nəşi Bursa Qalasındakı bir kapella içindədir. Orxan Qazi çox sayda Xristian monastrının mədrəsə və zaviyəyə çevrilməsini əmr etmişdir”.
Böyük daş ustalığı ənənəsi Osmanlı dövrünün bir parçası idi. Köçəri türklər oturaq əhali ilə qaynayıb qarışma və inşaat qabiliyyətlərindən istifadə etmə hünərinə sahib idilər. Buna görə erməni, gürcü və Bizans ünsürləri müəyyən qədər təsirini göstərmişdir. Bir çox qərb alimi bu təsiri İslam dünyasının ən məşhur memarı Xoca Sinanla əlaqələndirir. Bəzi alimlər bunu Memar Sinanın guya xristian bir keçmişə sahib olması, bəziləri isə Şərq və Qərb memarlıq ənənələrini çox uğurlu bir şəkildə birləşdirən sənətkar olması ilə əlaqələndirir.
Abdullah Kuran Sinanın Aya Sofya məscidini təqlid etmədiyini, yaradıcı metod və vasitələrlə ondan bəhrələndiyini bildirir. İstanbuldakı II Bəyazid məscidi Fatih Sultan Mehmetin ilk cümə namazı qıldırdığı yer olan Aya Sofya məscidinin təsirinin ilk nümunəsidir. Osmanlı memarlarının inşa etdiyi digər məscidlərin dəqiqlik və daxili-xarici məkan ahəngində ciddi qüsurlar vardır. Sinan memar dahiliyi ilə bu problemlərin öhdəsindən gəlmişdir. Stratton yazır: “Eyni boyda dörd kiçik günbəz mərkəzi bir ibadət sahəsi yaratmaq üçün iki yarımgünbəzlə əhatə olunmuşdu. Ölçüləri Bizans üsuluna uyğun deyildi”.
Memar Sinanın yerinə yetirmək məcburiyyətində olduğu iki vəzifə var idi. Bunların birincisi, klassik Osmanlı memarlığını müxtəlif elementlərlə birləşdirmək və daxili-xarici məkan ahəngini təmin edərək modernləşdirmək idi. Bu Osmanlı memarlığının ruhu olan dincliyi yaratmışdır. İkincisi isə, ağılın və zəkanın fövqündə bir ustalıqla sərhədlərini genişləndirmiş və bu keyfiyyət onu dövrün və İntibahın sənətkarına çevirmişdir.
Türk alimlər Sinanın incəsənət dünyasının mərkəzində Bizansın deyil, Osmanlı mədəniyyətinin dayandığını düşünürlər. Böyük Osmanlı memarları, xüsusilə də Sinan və tələbələri Osmanlının hədəflərini memarlıq sənətində əks etdirməyə çalışırdılar. Bu hədəflər məscid memarlığında öz əksini tapırdı. Məsələn, Osmanlı məscidlərinin mərkəzində daxili məkanı əzəmətli bir günbəzin altında birləşdirmə funksiyası var idi. Böyük günbəz dini cəhətdən Allahın təkliyini, dünyəvi cəhətdən isə Osmanlı dövlətinin mütləq hakimiyyətini simvollaşdırırdı.
Digər Osmanlı dövrü sənət mütəxəssisi Behçet Ünsal Aya Sofyanın Osmanlı memarlığı üzərindəki təsirinin şişirdildiyini irəli sürür. Onun fikrinə görə, klassik dövrdə inşa edilən Sultan Əhməd külliyəsində sadəcə Bizans incəsənət ünsürlərinin deyil, həm də türk və İslam memarlıq ənənələrinin təsiri vardır. Aya Sofya məscidi və Sultan Əhməd məscidindəki bir günbəz və iki yarım günbəzin yaratdığı struktur oxşarlığı türk memarlığının tarixi inkişafının təbii nəticəsidir. Bizans kəməri Yunan-Roma ənənəsinə daha çox bənzəyir və Qərbi Asiya ilə Anadoludakı erkən Xristianlıq dövrünün kəmərlərindən çox təsirlənib. Bunlar bir-birindən fərqli mədəniyyət və kökə sahibdirlər.