Əsas səhifə » Osmanlılar hansı boya mənsubdur?

Osmanlılar hansı boya mənsubdur?

admin

Bakı,AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Osmanlıların Oğuz tayfasının sağ qolu olan Günhan qolunun Qayı boyundan olması qəbul edilsə də, bu məsələ bəzi tarixçilər arasında dərin mübahisələrə səbəb olub.

Avstraliyalı tarixçi Paul Uittek onların qayı boyundan olmasını inkar edərək, II Muraddan sonra Oğuz şəcərəsində şərəfli yer tutmaq üçün osmanlıların belə bir ənənənin meydana gəlməsinə səbəb olduqlarını iddia edir.

banner

Zeki Velidi Toğan isə Osmanlıların Moğol qəbiləsi olan Qay qəbiləsindən olduqlarını iddia edir.

Osmanlı dövləti tarixinə dair vacib araşdırmalar edən Fuat Köprülü Osmanlı sülaləsinin Qayı boyundan olduqları fikrindədir.

Osmanlı arxivlərində aparılan araşdırmalar nəticəsində Osmanlı Bəyliyinin qurulduğu ərazinin ətrafında (Eskişehir, Bolu, Kastamonu, Kütahya) Qayı tayfasına aid icmalar aşkar edilib. Güman edilir ki, Osmanlılar Monqol təzyiqi nəticəsində Qara dənizin qərbinə və Ege bölgələrinə gələrək orada parçalanan böyük Qayı tayfasından ayrılmış bir qrup olub.

Osmanlı sülaləsinin Qayı boyundan olan Qarakeçili icmasına mənsub olması güman edilir. Bu məsələ dövlətin son dövrlərində, xüsusilə, sultan II Əbdülhəmidin dövründə gündəmə gələrək tarixşünaslığa daxil olub. Bu məsələnin tarixi faktlarla da əlaqəsi var.

Feridun Emecen1673-cü il tarixli qeydə diqqət çəkərək Qarakeçililərin Söğütlü icmasından olduğunu bildirir. Bu məlumat Qarakeçililərin Osmanlı coğrafiyasında təməl rol oynadığını göstərir.

Silsilə xəbərlər

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice