Bakı, AzerPress:
Tarixçi Halil İnalcık Orxan Qazinin oğlu Süleyman paşanın Rumeliyə yerləşdiyi zaman köhnə türk ənənəsinə sadiq qalaraq dərhal sağ, orta və sol qollarda cinahlar yaratdığını iddia edir. Bu zaman sol qolu Evrenos bəy, orta qolu isə əvvəlcə Süleyman paşa özü, daha sonra isə Rumelidə sultanın hakimiyyətini təmsil edən bəylərbəylərilər idarə etməyə başlayır.
1357-ci ildə Süleyman Paşanın qəfil ölümü və Orxan Qazinin 12 yaşlı oğlu Xəlilin dəniz quldurları tərəfindən qaçırılması Rumelidəki fəthlərin iki il dayanmasına səbəb oldu. Bu iki il ərzində Osmanlılar türkləri Rumelidə fəth etdikləri yerlərə köçürərək hökmranlığını daha da möhkəmləndirdilər.
Süleyman Paşanın necə öldüyü ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələrdə onun ovda öldüyü bildirilir. O, ölməzdən əvvəl Bolayırda dəfn edilməsini və qazilərin Rumelini tərk etməməsini vəsiyyət edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01