Əsas səhifə » Osmanlı sultanı II Əbdülhəmid dövründə mətbuatda hansı qadağalar var idi?

Osmanlı sultanı II Əbdülhəmid dövründə mətbuatda hansı qadağalar var idi?

admin

Bakı, AzerPress:

1299-cu ildə əsası qoyulan, yeddi əsrdən çox şanlı tarixi olan Osmanlı dövlətinin qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi.

Osmanlı tarixində ən vacib hadisələrdən biri 1453-cü ildə Fatih Sultan Mehmetin Konstantinopolu (indiki İstanbul) fəth edərək Bizans imperiyasına son qoyması idi. XVII əsrdə dövlətin ərazisi artıq üç qitəni əhatə edirdi.

Osmanlı dövlətində 1842-ci ildə hakimiyyətə gələn34-cü sultan II Əbdülhəmidin hakimiyyəti illərində (1842-1918) mətbuatdakı qadağaları təqdim edirik:

banner

İlk öncə, qəzetlərdə sultanın səhhəti, ölkədə ticarət və sənayenin tərəqqisi barədə məlumat verilməli idi.

Osmanlı dövlətinin Maarif naziri təsdiq etmədiyi halda, heçnəyin nəşr edilməsinə icazə yox idi.

Həcmi böyük olan ədəbi və elmi məqalələrin nəşrində belə “Mabadı var” (Ardı var) və ya “Məbadı sabah” (Ardı sabah) sözlərindən istifadə edilməsinə icazə verilmirdi.

Hər hansı qubernator və ya mütəsərrifin oğurluq, mənimsəmə, insan öldürmə və s. kimi çirkin əməl törətməsi ilə bağlı xəbər çıxarsa, heç vaxt sübut oluna bilməyəcəyi üçün gizlədilməli idi və dərc edilməsi qadağan idi.

Məqalədə əsassız fərziyyələrə və çaşqınlığa səbəb olacağı üçün nöqtələrlə boşluqlar qoyulmasına icazə verilmirdi.

Vilayət əhalisinin, hökumət əleyhinə şikayətlərinin və ərizələrinin sultana bildirilməsi üçün dərc edilməsinə yol verilmirdi.

Osmanlı əhalisinin xarici hökmdarlara qarşı sui-qəsd cəhdləri və ya xarici ölkələrdə dövlət əleyhinə keçirilən nümayişlərdən xəbərdar olması uyğun hesab edilmirdi və heç bir halda, mətbuatda dərc edilmirdi.

Osmanlı dövlətinin idarə olunma üsulları barədə mətbuatda yazılmasına icazə verilmirdi, çünki bu bəzi insanların yersiz düşüncə və tənqidlərinə səbəb olacaqdı.

Digər Kateqoriyalar

2023 © AzerVoice