Əsas səhifə » Osman Qazi nə vaxt vəfat edib?

Osman Qazi nə vaxt vəfat edib?

admin

Bakı,AzerPress

OSMANLI DÖVLƏTİ TARİXİ

Osman Qazinin ölüm tarixi ilə bağlı fikir ayrılıqları var. Bəzi tarixçilər onun Bursanın fəthindən öncə 1324-ci ildə, bəziləri isə Bursanın fəthindən, yəni, 1326-cı il 6-7 aprel tarixindən sonra öldüyünü iddia edir.

Erkən Osmanlı tarixi üzrə araşdırmaları ilə məşhur olan Halil İnalcık Osman Qazinin 1324-cü ildə öldüyünü bildirir.

banner

Osman Qazinin neçə oğlu var idi?

Osman Qazinin Orxan, Əlaəddin, Pazarlu, Həmid, Məlik və Çoban adlı altı oğlu, Fatma adlı bir qızı var idi. O, öləndə yalnız üç oğlu həyatda idi. Osman Qazinin böyük oğlu Orxan hələ atasının sağlığında xəstəliyi ilə bağlı faktiki olaraq bəylik idarəsini öz üzərinə götürmüşdü. Buna görə də atasının ölümündən sonra taxta çıxmaq onun üçün çətin olmadı.
Orxan Bəy taxta çıxanda qardaşı Əlaəddin dərviş kimi yaşayır, dövlət işlərinə qarışmırdı. Digər qardaşı Pazarlu da qardaşının padşahlığını tanıdı və onunla birlikdə fəthlərə qatıldı.
Osman Qazinin digər oğulları Həmid, Məlik bəy və Çoban bəy haqqında adlarından başqa heç bir məlumat yoxdur.

Ləman Əsədli

Digər Kateqoriyalar

2023 © AzerVoice