Bakı,AzerPress:
Osmanlı tarixi mənbələrinin bəzilərində Osman Qazinin oğlu Orxan Qazinin anasının Şeyx Edebalinin qızı Malhun Hatun olduğu yazılır və bununla Şeyx Edebali ilə Osmanlı sülaləsi arasında nəsil əlaqələri olması göstərilir.
Türk siyasətçisi və tarixçisi İsmail Hakkı Uzunçarşılının ortaya çıxardığı Orxan Qazinin 1324-cü ildə yazdığı vəqfnaməsində Malhun Hatunun Ömər bəy adlı bir adamın qızı olduğu ortaya çıxdı. O iddia edir ki, Şeyx Edebalinin qızı Bala Hatundur və çox güman ki, Orxan Qazinin qardaşı Alaəddinin anasıdır.
Bundan əlavə, bəzi mənbələr göstərir ki, Orxan Qazinin babası olaraq göstərilən Ömər bəy Kastamonu vilayətinin qərbində kiçik bir bəylik quran Umur bəy də ola bilər. Bu, Osmanlılar tərəfindən ilhaq edilən ilk bəylik idi.
Ləman Əsədli
Lamanasadli01