104
Bakı. AzerPress:
Türkiyənin ticarət naziri Ömər Bolat və ABŞ-ın ticarət naziri Cina Raymondo arasında telefon danışığı olub.
AzerPress xəbər verir ki, telefon danışığı zamanı tərəflər ABŞ-Türkiyə ikitərəfli və ticari əlaqələrinin gücləndirilməsi, rəqəmsal iqtisadiyyat və enerji sahələrində davam edən əməkdaşlıq məsələlərini müzakirə edib.
Məlumata əsasən, Raymondo ABŞ-ın yaşıl texnologiyasının ümumi iqlim dəyişikliyi məqsədlərinə töhfə vermək potensialını vurğulayıb.
Bundan əlavə, ABŞ-ın ticarət naziri türkiyəli həmkarını Vaşinqtona dəvət edib.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin ən böyük ticarət konfransı olan “Trade Winds” 2024-cü ildə İstanbulda keçiriləcək.