Əsas səhifə » Ömər Bolat Azərbaycana rəsmi səfər edəcək

Ömər Bolat Azərbaycana rəsmi səfər edəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyənin Ticarət naziri Ömər Bolat, 20-21 dekabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

AzerPress-in məlumatına görə, Ömər Bolatın Azərbaycanla təmasları çərçivəsində hazırda Türkiyədə 20 milyard dollarlıq sərmayəsi olan SOCAR-ın yeni sərmayələri, Naxçıvan üzərindən planlaşdırılan ticarətin inkişafı məsələləri də müzakirə olunacaq.

Sədər zamanı, Türkiyədən başlayaraq İtaliyaya qədər uzanan TANAP-ın imkanlarının artırılması ilə bağlı danışıqlar aparılacaq. Bu kontekstdə, görüşlərdə Avropa və Türkiyənin enerji təchizatında mühüm yeri olan TANAP-ın tutumunun artırılmasının müzakirəsi planlaşdırılır.

banner

Xatırladaq ki, 27 İyul 2023-cü il tarixində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə rəsmi səfəri çərçivəsində, Türkiyənin Ticarət naziri Ömər Bolatla görüşüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice