Əsas səhifə » Oktyabr ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Oktyabr ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Aytac Suleymanova

Bakı. AzerPress:

Bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

AzerPress xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

banner

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub”, – deyə nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice