Əsas səhifə » Oktyabr ayında 4 milyona yaxın sərnişin Trabzon Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Oktyabr ayında 4 milyona yaxın sərnişin Trabzon Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Laman Asadli

Bakı, AzerPress:

2023-cü ilin oktyabr ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 11 faiz artaraq, 3 milyon 91 min 185 nəfər olub.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 2 milyon 285 min 332 nəfər, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 805 min 853 nəfər təşkil edib.

banner

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 33 min 568 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 19 min 882 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 13 min 686 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 23 min 662 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz dəyişərək 16 min 275, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 7 min 387 olub.

2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice