Əsas səhifə » Noyabr ayında Türkiyə limanları 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Noyabr ayında Türkiyə limanları 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

Bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 398 olub.

banner

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub”, – deyə nazirlikdən bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice