Əsas səhifə » Noyabr ayında Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Noyabr ayında Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

2023-cü ilin noyabr ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 16 faiz artaraq, 5 milyon 171 min 464 nəfər olub.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 1 milyon 724 min 986 nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 3 milyon 444 min 478 nəfər təşkil edib.

banner

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 62 min 368 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 15 min 17 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz dəyişərək, 47 min 350 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 44 min 894 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq 22 min 295, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 22 min 599 olub.

2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice