Əsas səhifə » Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XI Qlobal Bakı Forumunu keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XI Qlobal Bakı Forumunu keçirəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) XI Qlobal Bakı Forumunu keçirəcək.

AzerPress xəbər verir ki, tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.

Forumun 14-16 mart 2024-cü il tarixlərində keçiriləcəyi planlaşdırılır.

banner

Xatırladaq ki, 2023-cü ilin mart ayında keçirilən əvvəlki Qlobal Bakı Forumunda bir çox ölkələr və görkəmli beynəlxalq təşkilatlar təmsil olunmuşdu.

Tədbirdə dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT sisteminə daxil olan beş təşkilatın rəhbərləri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir və 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Forum 61 ölkədən 360 nümayəndənin iştirakı ilə yadda qalıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice