Əsas səhifə » Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb

Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb.

AzerVoice xəbər verir ki, bu barədə Zamfara Polisinin sözçüsü Yezid Əbu Əbubəkar verdiyi yazılı açıqlamada bildirib.

Hücum bölgəsinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Əbubəkar, hücumlarla bağlı detalların daha sonra veriləcəyini bildirib.

banner

Milli mətbuatda yer alan xəbərlərə görə, bölgə sakinləri hücumlarda 30 nəfərin həyatını itirdiyini, bölgə imamı da daxil olmaqla çox sayda insanın qaçırıldığını qeyd ediblər.

Məlumat üçün qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice