Əsas səhifə » Nigeriyada benzin tankeri partlayıb: ölənlərin sayı 140-a çatıb

Nigeriyada benzin tankeri partlayıb: ölənlərin sayı 140-a çatıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Nigeriyanın şimalında yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

xxx

banner

16:53

Nigeriyanın cənubundakı Jiqava əyalətində benzin tankerinin partlaması nəticəsində azı 94 nəfər həlak olub və 50 nəfər yaralanıb.

AzerVoice bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı çoxlu sayda insan qəza nəticəsində dağılan yanacağı toplamağa çalışarkən həyatını itirib.

Bildirilir ki, qəza 15 oktyabr tarixində Madjia şəhərində baş verib. Benzin tankerinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil aşıb və yanacaq drenaj kanalına axıb. Yerli sakinlər pulsuz yanacaq əldə etmək məqsədilə dərhal hadisə yerinə toplaşıblar və bu an partlayış baş verib. Nəticədə azı 94 nəfər həlak olub və 50 nəfər yaralanıb.

“Hadisə yerinə toplaşan insanların çoxluğu kütləvi ölümün səbəbi olub. Polisin xəbərdarlıqlarına baxmayaraq, insanlar qəza yerlərində toplaşmağa davam edir, bu da narahatlıq doğurur”, — hadisə yerində polis nümayəndəsi jurnalistlərə deyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice