Əsas səhifə » Nigeriyada 7 nəfərin ölümü ilə nəticələnən silahlı hücum baş verib

Nigeriyada 7 nəfərin ölümü ilə nəticələnən silahlı hücum baş verib

Yamin Savalanli

Bakı, VOA

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində yeddi nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

VOA xəbər verir ki, Katsina əyalət polisinin sözçüsü Əbubəkr Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar.

Sadiq qeyd edib ki, hücumda yeddi nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

banner

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı istintaqın başlanıldığını bildirib.

Digər tərəfdən, yerli media hücumda onlarla insanın qaçırıldığını bildirib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üzləşib.

Qeyd edək ki, ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Digər Kateqoriyalar

2023 © AzerVoice