Əsas səhifə » Netanyahu Livan sərhədində keçirilən hərbi təlimlərdə iştirak edib

Netanyahu Livan sərhədində keçirilən hərbi təlimlərdə iştirak edib

Yamin Savalanli

Bakı, VOA

İsrailin baş naziri Benyamin Netanyahu iştirak etdiyi hərbi təlimdən sonra İsrailin Livanla sərhədinə baxış keçirib.

VOA xəbər verir ki, dünən Netanyahu Ofisindən verilən açıqlamaya görə, Netanyahu Hizbullahla müharibə başlayarsa, İsrailin bu cəbhədə də qələbə qazanacağını vurğulayıb.

“Şərq əl-Avsat”ın “Times of Israel” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin baş naziri 55-ci Ehtiyat Paraşütçü Briqadası tərəfindən həyata keçirilən təlimi alqışlayıb. Netanyahunu hərbi katibi Roman Qofman, İsrail Ordusunun Şimal Komandanlığı komandiri general-mayor Ori Qordin və bir çox aşağı rütbəli komandirlər müşayiət edib.

Qeyd edək ki, Qəzza zolağında müharibənin başladığı 2023-cü ilin oktyabrından bəri İsrail və Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında hər gün toqquşmalar baş verir.

Belə ki, qarşılıqlı atışma nəticəsində hər iki tərəfdən çoxsaylı insan tələfatı yaşanmış, sərhədin hər iki tərəfindəki kəndlərə ciddi ziyan dəymiş, on minlərlə insanın münaqişə zonasını tərk etməsinə və ya təxliyəsinə səbəb olmuşdur.

Digər Kateqoriyalar

2023 © AzerVoice