Əsas səhifə » Netanyahu getsə, Qəzzada müharibə bitəcək – Ehud Barak

Netanyahu getsə, Qəzzada müharibə bitəcək – Ehud Barak

Yamin Savalanli

Bakı, VOA

İsrailin keçmiş baş naziri Ehud Barak Qəzzada vəziyyəti dəyişməyin yolunun Netanyahunun getməsinə bağlı olduğunu bildirib.

VOA xəbər verir ki, bu barədə İsrailin Kanal 12 televiziyası məlumat yayıb.

Barak qeyd edib ki, oktyabrın 7-dən bu günə qədər 9 aylıq müharibədən sonra Netanyahu hökumətinin Qəzzaya etdiyi hücumlar nəticəsində kritik bir nöqtəyə gəlmişik.

banner

“Höküməti və Netanyahunu dəyişmək lazımdır. HƏMAS-ı məhv etmək üçün bizə illər lazım olacaq. Unutmayaq ki, strateji qərarlar verə bilməyənlər müharibəni bitirə bilməyəcək və uzun müddətdə uğursuzluğa düçar olacaqdır”, – deyə Barak əlavə edib.

Barak həmçinin Qəzzadakı israilli əsirlərin azad edilməsi üçün dərhal danışıqlara başlamağın və mümkün olan ən yaxşı razılaşmanın lazım olduğunu bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice