Əsas səhifə » NATO Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı çağırış edib

NATO Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı çağırış edib

Laman Asadli

Bakı. AzerPress:

NATO Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı çağırış edib.

AzerPress xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Həmas ilə İsrail arasındakı razılaşma əsirlərin azad edilməsinə və humanitar yardımların çatdırılmasına imkan verir. Buna görə də fasilənin uzadılması Qəzzadakı insanların ehtiyac duyduğu yardımın çatması və daha çox əsirlərin azad edilməsini təmin edəcək”, – deyə o əlavə edib.

banner

Bundan əlavə, Stoltenberq münaqişə ilə bağlı daimi siyasi həllə ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini – 24 qadını və 15 yeniyetməni azad edib.

Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice