Əsas səhifə » NATO-nun yeni baş katibi ilə bağlı konsensus bir neçə həftə ərzində əldə oluna bilər

NATO-nun yeni baş katibi ilə bağlı konsensus bir neçə həftə ərzində əldə oluna bilər

Tasnim İsmixan

Bakı. AzerVoice:

Yaxın həftələrdə NATO-nun yeni baş katibi ilə bağlı konsensus əldə oluna bilər.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culianna Smit onlayn brifinqində deyib.

C.Smit qeyd edib ki, Yens Stoltenberq bu payızda Alyansı tərk edəcək:

banner

“Onun oktyabrın əvvəlində NATO-nu tərk edəcəyi gözlənilir və biz Alyansdakı 32 səfirin hamısı potensial namizədlərin axtarışındayıq. İki rəsmi namizəd var: Niderlanddan Mark Rütte və Rumıniya prezidenti Klaus İohannis. Biz konsensusa gələnə qədər bu iki namizədin müsbət və mənfi tərəflərini müzakirə etməyə davam edəcəyik”.

C.Smit konkret vaxt çərçivəsi haqqında məlumatın olmadığını bildirib.

“Təbii ki, biz bu məsələdə tez bir zamanda hansısa qərara gəlmək istəyirik. Ən geci Vaşinqton sammitində bu məsələnin həllini istərdik. ABŞ-ın mövqeyi ondan ibarətdir ki, biz Mark Rütteni növbəti baş katib kimi tam dəstəkləyirik, eyni zamanda dostumuz Prezident İohannisə də dərin hörmət bəsləyirik”, – deyə o əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice