Əsas səhifə » NATO-nun nüvə təlimi başlayır

NATO-nun nüvə təlimi başlayır

Fərid Mikayilov

Bakı,AzerVoice

NATO illik nüvə təlimi “Steadfast Noon” bu gün başlayacaq və iki həftə davam edəcək.

AzerVoice xəbər verir ki, bu barədə NATO-dan verilən yazılı açıqlama verilib.

Açıqlamada qeyd olunub ki, təlimə 60-dan çox təyyarə qatılacaq.

banner

Qərbi Avropa üzərində təlim uçuşlarının ediləcəyi təlim çərçivəsində ABŞ-ın nüvə raketləri daşıya bilən döyüş təyyarələri də iştirak edəcək.

“Bu təlim hər bir düşmənə açıq mesaj verir ki, NATO bütün müttəfiqlərini qoruyacaq və müdafiə edəcək”,- deyə NATO-nun baş katibi Mark Rutte bildirib.

Qeyd edək ki, NATO-nun nüvə təlimi hər il oktyabr ayında keçirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice