Əsas səhifə » MÜSİAD Azərbaycan yeni İdarə Heyəti Cahit Bağcını ziyarət edib

MÜSİAD Azərbaycan yeni İdarə Heyəti Cahit Bağcını ziyarət edib

Laman Asadli

Bakı. AzerVoice:

MÜSİAD Azərbaycan yeni İdarə Heyəti Türkiyənin Azərbaycandakı Səfiri cənab Cahit Bağcını ofisində ziyarət edib.

Bu barədəAzerVoicea MÜSİAD Azərbaycan-dan bildirilib.

Məlumata əsasən, görüş zamanı “Bir millət, İki dövlət” əsasında prinsiplər, ticari-iqtisadi əməkdaşlıqlar, investisiya imkanları ilə bağlı müzakirələr aparılıb.

banner

Bundan əlavə, gələcək fəaliyyət planları haqqında cənab səfirə məlumat verilib.

“Cənab səfirə səmimi qəbuluna, MÜSİAD-a dəstəklərinə görə təşəkkür edir, Türk Dünyası üçün dəyərli fəaliyyətlərində uğurlar arzu edirik. Tək millət olan ölkələrimiz adına faydalı ola bilmək üçün səylərimizi davam etdirəcəyik”, – deyə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice