Əsas səhifə » MÜSİAD Azərbaycan və ATİA birgə əməkdaşlıq memorandumu imzalayıb

MÜSİAD Azərbaycan və ATİA birgə əməkdaşlıq memorandumu imzalayıb

Aytac Suleymanova

Bakı. AzerPress:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Azərbaycan (MÜSİAD Azərbaycan) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) arasında birgə “Əməkdaşlıq Memorandumu” imzalanıb.

AzerPress-in məlumatına görə, imzalanan memoranduma, əsasən, tərəflər arasında həm iqtisadi, həm də sosial fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi planlaşdırılıb.

Görüş zamanı qarşılıqlı görülə biləcək işlər, xarici investorların ölkəmizə cəlb edilməsi və investisiya təşviqi, Türkiyə-Azərbaycan dostluğunun tikinti sahəsində də genişləndirilməsi və bu kimi məsələlərlə bağlı müzakirələr aparılıb.

banner

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice