Əsas səhifə » Mümkün Mərmərə zəlzələsi üçün axtarış-xilasetmə işlərinə xüsusi diqqət yetirilməlidir – İHH

Mümkün Mərmərə zəlzələsi üçün axtarış-xilasetmə işlərinə xüsusi diqqət yetirilməlidir – İHH

Laman Asadli

Bakı. AzerVoice:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi 6 Fevral zəlzələlərinin ildönümü ilə əlaqədar mətbuat konfransı keçirib.

İHH sədri Bülent Yıldırım Qeyri Hökumət Təşkilatlarına çağırış edib və bildirib ki, mümkün Mərmərə zəlzələsindən 40 milyon insanın təsirlənəcəyi gözlənilir.

“Mümkün Mərmərə zəlzələsi üçün axtarış-xilasetmə işlərinə xüsusi diqqət yetirilməlidir. Mərmərədə belə bir zəlzələ baş verərsə, bunun təsiri fevralın 6-da baş verən zəlzələdən daha çox olacaq”, – deyəo vurğulayıb.

banner

Yıldırım onu da qeyd edib ki, İHH tərəfindən indiyə qədər 8 minə yaxın axtarış-xilasetmə personalı yetişdirilib.

“Bütün müəllimlərə belə bir vəziyyətdə nə etmələri ilə bağlı ilk yardım təlimi kimi “ilk xilasetmə təlimi” də verilməlidir. AFAD-da mütləq təhlükəsizliklə bağlı bölmə yaradılmalı, polis və hərbçilərlə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir”, – deyə o bildirib.

Konfransda çıxış edən İHH Fəlakət İdarəetmə şöbəsindən məsul Ömer Kars qeyd edib ki, İHH-nin hazırda Türkiyə daxilində 77 qrupda 3 min 687 axtarış-xilasetmə könüllüsü var.

“Qruplarımız Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Malatya və Şanlıurfa daxil olmaqla ümumilikdə səkkiz vilayətdə 2 min 156 axtarış-xilasetmə personalı, üç axtarış iti, 241 maşın və avadanlıqla axtarış-xilasetmə əməliyyatlarına qatılıb. Ölən və ya yaralanan cəmi 3 min 278 nəfər İHH Axtarış və Xilasetmə Qruplarımız tərəfindən dağıntılar altından xilas edilib”, – deyə o əlavə edib.

Kars onu da vurğulayıb ki, İHH-nın AFAD-da Milli Akkreditasiyasını başa vurmuş biri ağır, ikisi orta və 15-i yüngül komanda olmaqla 18 akkreditə olunmuş komandası və 656 personal və könüllüsü var.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice