Əsas səhifə » Müharibəyə qatılan ilk müsəlman qadın

Müharibəyə qatılan ilk müsəlman qadın

Azer Voice

Bakı,AzerVoice

İslamda ilk savaş olan Bədr savaşında Hz. Aişə, Ummu Haram, yaralıları müalicə edə biləcəyini söyləyən Ummu Kəbşə,Ummu Varaka və Uzza qəbiləsindən bir qrup qadın Həzrəti Peyğəmbər ilə, mühairbəyə gedərək orarda iştirak etmək istəyən könüllülər olmuşdular.

Ancaq müsəlmanlar üçün son dərəcə əhəmiyyətli olan bu ilk müharibədə “Hz. Peyğəmbər ordusunda kişi əli qılınc tutan bir kişi lər azdır deyə döyüşə qadənları gətitir” söz-söhbətin yayılmasından narahat olduğu üçün daqınlaırn bu istəyinə razı olmadı. Buna görə də Bədr savaşında müsəlman olaraq iştirak edən qadın olmayıb.
Qadın səhabələrin iştirak etdiyi ilk döyüş Uhud döyüşü olmuşdur. Ummu Umarə (Umarənin anası) Uhud döyüşünə qatılan qadın səhabələr arasında döyüşən ilk qadındır.
Ummu Umarə Həzrəc qəbiləsinin Bənu Nəccar qolundandır. Anası Rəbab binti Abdullahdır.
Mədinəli ilk müsəlmanlardan olan Ummu Umarə, əri Zeyd və iki oğlu ilə birlikdə Əqəbədə ikinci beyətdə iştirak edib . O, bu beyətdə iştirak edən iki qadından biri olmaqla yanaşı, həm də döyüşlərdə ön sıralarda olması ilə məşhurdur.
UhudBəni-Qureyza savaşı, HudeybiyyəXeybərin fəthiÜmrə əl-KəzəMəkkənin fəthiHuneyn və Yəmamə döyüşündə iştirak edib.
Xüsusilə UhudHuneyn və Yəmamə müharibələrində böyük qəhrəmanlıqlar göstərdi. Uhudda müharibənin şiddətləndiyi və müsəlmanların çətin vəziyyətə düşdüyü bir vaxtda Hz. Peyğəmbəri qoruyan azsaylı səhabələr biri idi.
Ummu Umərə Uhud savaşında dəfələrlə yaralanıb, bundan sonra bir il yaralarını müalicə edib.

banner

Rəvayət edilir ki,Uhudda göstərdikləri fədakarlığa görə Hz. Peyğəmbər: “Həmin gün hara baxsam, Ummu Umarənin məni qorumaq üçün döyüşdüyünü gördüm” deyib.

Hüneyndə dağılan müsəlman ordu sıralarının birləşdirmək üçün ciddi cəhd edən və bu bəzi müşrikləri öldürən Ummu Umarə daha əvvəl Hz. Peyğəmbərin məktubunu Müseylimətül kəzzaba ( Özünü Peyğmbər elan edən yalançı Müseyləmə adlı şəxs) aparan və işgəncələrlə öldürülən oğlu Həbibin intiqamını almaq üçün and içmişdi. Bunun üçün iştirak etdiyi, Yəmamə döyüşündə qəhrəmancasına vuruşdu. O bu döyüşdə həm ordu sıraları möhkəmlədir , əlinin kəsilməsinə baxmayaraq Müseyliməni axtarmağa davam etdi.Savaşdan qaçaraq bağda gizlənən Müseylimənin , oğlu Abdullah və Vəhşi ibn Hərb təfəfindən öldürülməsini eşidincə çox sevindi.
Ummu Umarənin xəlifə Ömərin xilafətinin ilk illərində vəfat etdiyi bildirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice