Əsas səhifə » Müharibəni dayandıracaq istənilən razılaşmaya müsbət yanaşırıq

Müharibəni dayandıracaq istənilən razılaşmaya müsbət yanaşırıq

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Qəzzada müharibəni dayandıracaq istənilən razılaşmaya müsbət yanaşırıq.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib.

O, İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılması və əsirlərin dəyişdirilməsi əsasında istənilən razılaşmaya müsbət və ciddi yanaşacaqlarını bildirib.

banner

“Qüdsdəki köçkünlərin çılğınlığı Qüdsün münaqişənin mərkəz nöqtəsi olduğunu və işğal bitənə və paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulmayana qədər xalqımızın sülh içində olmayacağını vurğulayır” – deyə Haniyyə qeyd edib.

Digər tərəfdən Qəzzada atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada olan Həmas heyətinin Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir Kəşfiyyat direktoru Abbas Kamil ilə görüşlərini tamamladığı bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice