Əsas səhifə » Müdafiə Sənayesi Nazirliyinin növbəti dövr üçün planları açıqlanıb

Müdafiə Sənayesi Nazirliyinin növbəti dövr üçün planları açıqlanıb

Laman Asadli

Bakı. AzerPress:

İstehsal etdiyimiz müasir standartlara cavab verən məhsulları həm silahlı qüvvələrimizin daxili təminatı, təchizatı baxımından istifadə edir, eyni zamanda ixrac siyasətimizin formalaşdırılmasında və qurulmasında bu məhsulları aktiv şəkildə tətbiq edirik. Lakin bu gün bununla kifayətlənməməliyik. Çünki dövlətimizin başçısı bizim qarşımızda çox önəmli tapşırıqlar qoyub. Bu tapşırıqlar xüsusilə müdafiə sənayesinin möhkəmləndirilməsində, şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində 
Azərbaycan güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atıb.

AzerPress xəbər verir ki, bu sözləri müdafiə sənayesi naziri Vüqar Mustafayev dekabrın 21-də Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumundakı “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusundakı panel iclasda söyləyib.

Nazir bildirib ki, növbəti dövrlərdə yeni müdafiə sənayesi sahələrinin yaradılmasında mövcud müdafiə sənayesi istehsalı sahələrinin təkmilləşdirilməsinə, istehsal gücünün, potensialının artırılmasına, eyni zamanda, istehsalda istifadə olunan müasir texnika və texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılacaq:

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice