Əsas səhifə » Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Laman Asadli

Bakı, AzerPress:

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən AzerPress-ə bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice