Əsas səhifə » MSK daxil olmuş müraciətləri baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərdi

MSK daxil olmuş müraciətləri baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərdi

Hafiz Rufizoglu

Bakı. AzerVoice

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

AzerVoice-nin məlumatına görə, iclasda sentyabrın 1də keçirilmiş parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

İclasda 2 müraciətə baxılıb. Müzakirələrdən sonra müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

banner

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Digər Kateqoriyalar

2023 © AzerVoice