Əsas səhifə » Mosulda məsciddə İŞİD-in yerləşdirdiyi partlayıcı aşkarlanıb

Mosulda məsciddə İŞİD-in yerləşdirdiyi partlayıcı aşkarlanıb

Azer Voice

Bakı,VOA

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Mosul şəhərində bərpa olunan İraq irsi Nuri məscidinin divarında İŞİD-in yeddi il əvvəl gizlətdiyi beş ədəd kustar üsulla düzəldilən partlayıcının tapıldığını açıqlayıb.

Sözügedən partlayıcıların ‘bütün məscidi dağıtmaq üçün nəzərdə tutulmuş nəhəng cihazlar’ olduğu ifadə edilib.

banner

“Bombalar zərərsizləşdirilib və əhali üçün heç bir təhlükəsi yoxdur.”-deyə UNESCO-nun açıqlamasında deyilir.

İraq hərbçilərinin məlumatına görə, 2017-ci ilin iyununda İraq qüvvələri ilə İŞİD arasında toqquşmalar zamanı məscid və onun minarəsi (əl-Hədbə) cihadçılar tərəfindən məscidin içərisinə yerləşdirilən partlayıcılar tərəfindən dağıdılıb.

 “Nuri məscidinin bərpasını həyata keçirən işçilər məscidin içərisinə İŞİD-in yerləşdirdiyi partlayıcılar qurğu tapıləb”-deyə İraq Birgə Əməliyyatlar Komandanlığının sözçüsü Tahsin Hafaci deyib.

Qeyd edək ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilk dəfə 2014-cü ilin yayında, ekstremist təşkilat İraq və Suriyada geniş əraziləri ələ keçirdikdən sonra məhz bu məsciddən “xilafət”in yaradılmasını elan etmişdi.

İraq təhlükəsizlik qüvvələri Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə 2017-ci ildə şiddətli toqquşmaların sona çatmasından sonra təşkilatı məğlub edə bilib.

Nuri məscidi adını Suriyanı birləşdirən, bir müddət Mosulu idarə edən və 1172-ci ildə məscidin tikintisinə göstəriş verən Nurəddin Zenginin şərəfinə verilib. Məscid 1942-ci ildə təmir layihəsi çərçivəsində yenidən tikilib.

Quruluşunu 850 il qoruyub saxlayan kürəkli minarə orijinal tikilinin qalan yeganə parçasıdır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən maliyyələşdirilən bərpa işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması gözlənilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice