Əsas səhifə » Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Laman Asadli

Bakı. AzerPress:

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

AzerPress xəbər verir ki, iclasda dekabrın 16-dan Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edir.

MDB ölkələr hökumət başçıları şurasının iclası Moskvanın xalq təsərrüfatları nailiyyətləri sərgi mərkəzində keçirilir. Birlik ölkələrinin baş nazirləri iclasdan öncə xalq təsərrüfatı nailiyyətləri sərgi mərkəzində açılan “Rusiya” beynəlxalq sərgi forumu ilə tanışı olublar.

banner

Sərgi forumunda Rusiya regionlarının inkişaf yolu, ölkənin istehsal etdiyi yeni texnologiyaları nümayiş olunur.

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycanın Baş naziri Əli Əsədovun çıxışı da nəzərdə tutulub.

İclas çərçivəsində MDB daxilində əlaqələrin inkişafı, humanitar məsələlər, ötən ilin yekunu və gələcək planların müzakirəsi planlaşdırılıb.

Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi Qırğızıstan Respublikası edib. 2024-cü ildən isə Birliyə sədrlik Rusiya Federasiyasına keçir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu dəfə də MDB tədbirinə qatılmayıb. Ermənistanı iclasda Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice