Əsas səhifə » Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Tasnim İsmixan

Bakı. AzerPress:

Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

AzerPress xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German deyib.

“Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, – deyə o bildirib.

banner

Komissiya rəhbəri qeyd edib ki, MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice