Əsas səhifə » MİT sədri İbrahim Kalın HƏMAS liderləri ilə görüşüb

MİT sədri İbrahim Kalın HƏMAS liderləri ilə görüşüb

Yamin Savalanli

Bakı, AzerVoice

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Ankarada Həmas Siyasi Bürosunun liderləri ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüş zamanı İsrail və Fələstin arasında atəşkəs danışıqlarındakı mövcud vəziyyət və girovların dəyişdirilməsi məsələləri müzakirə edilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, MİT sədri Kalın ilə HƏMAS Siyasi Büro liderləri arasında keçirilən görüşdə İnsanlıq faciəsinin yaşandığı Qəzzada daimi atəşkəsin təmin edilməsi və bölgəyə daha çox humanitar yardımın çatdırılması üçün atılacaq konkret addımlar dəyərləndirilib.

banner

Görüşdə HƏMAS-ın danışıqlar prosesində konstruktiv və müsbət münasibəti vurğulanıb və İsrailin BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə dəstəklənən və razılaşdırılmış təklif mətninə yeni şərtlər daxil etməsinin atəşkəs prosesini çətinləşdirdiyi qeyd edilib.

Türkiyə MİT orqanı bu prosesdə mühüm rol oynayaraq HƏMAS-ın yüksək rəhbərliyi, İsrail, Misir, Qətər və ABŞ başda olmaqla bütün tərəflərlə intensiv diplomatiya həyata keçirdiyi bildirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice