Əsas səhifə » MİT-dən Suriyadakı terror şəbəkəsinə ağır zərbə

MİT-dən Suriyadakı terror şəbəkəsinə ağır zərbə

Narmin Ağayeva

Bakı, AzerVoice

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT), Suriyanın Tel Rıfat bölgəsində həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının sözdə liderləri Hüseyn Öztürk və Vidan Fateini zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu şəxslər, Zeytun Budağı Əməliyyat Bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyaları planlayan və təşkil edən PKK/YPG üzvləri arasında da yer alırdılar.

1994-cü ildə PKK/YPG terror təşkilatına qoşulan Hüseyn Öztürk, Türkiyə, İraq və Suriyada türk təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən əsas şəxslərdən biri kimi tanınırdı. Bu səbəbdən Milli İstihbarat Təşkilatı (MİT) onu prioritet hədəf kimi izləməyə başlayıb.

banner

MİT, Öztürkün Suriyanın Tel Rıfat bölgəsində sözdə məsul şəxs kimi fəaliyyət göstərdiyini müəyyən edərək, sahə agentləri vasitəsilə ona nəzarət edib. MİT-ə daxil olan kəşfiyyat məlumatları Öztürkün, digər PKK/YPG üzvü olan Vidan Fate ilə birlikdə hərəkət etdiyini ortaya çıxarıb.

İki terrorçu sahə agentləri tərəfindən addım-addım izlənilərək, əməliyyat üçün ən uyğun vaxt gözlənilib. Bütün şərtlər yerinə yetirildikdən sonra, MİT-in xüsusi əməliyyatı nəticəsində Tel Rıfatda Hüseyn Öztürk və Vidan Fate ələ keçirilərək,zərərsizləşdirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice