Əsas səhifə » Misir-İsrail arasında münasibətlər gərginləşir

Misir-İsrail arasında münasibətlər gərginləşir

Yamin Savalanli

Qahirə, AzerVoice

İsrailin baş naziri Binyamin Netanyahunun ordunu Qəzza ilə Sinay arasındakı Filadelfiya dəhlizində saxlayacağı haqqında dedikləri Misirin kəskin etirazına səbəb olub.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, buna cavab olaraq Misirli rəsmilər müharibənin genişlənməsində İsrailin maraqlı olduğunu deyiblər.

Qeyd edək ki, İsraildə əsir mübadiləsi sazişinin bağlanmasını tələb edən etirazlardan sonra Netanyahu bazar ertəsi gecə etdiyi çıxışda “Filadelfiya dəhlizindən geri çəkilməkdən” imtina edib. Baş nazirin bu açıqlaması əslində İsrail və Misir arasında 1979-cu ildə imzalanmış sülh sazişinin pozulmasıdır.

banner

Misir Xarici İşlər Nazirliyi dünən cavab verərək bildirib ki, Netanyahu İsrail ictimai rəyini yayındırmaq, atəşkəs razılaşmasına mane olmaq, girov və məhbusların dəyişdirilməsi ilə yanaşı vasitəçilik səylərinə də əngəl olmaq üçün Misirin adından istifadə etməyə çalışır.

Digər Kateqoriyalar

2023 © AzerVoice