Əsas səhifə » Milas-Bodrum Hava Limanında sərnişindaşınma göstəriciləri artıb

Milas-Bodrum Hava Limanında sərnişindaşınma göstəriciləri artıb

Mir Səməd İbrahimov

Bakı, AzerVoice

2024-cü ilin iyun ayında Türkiyənin Muğla Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 1 milyon 574 min 123 nəfər olub.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 988 min 202 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 585 min 921 nəfər təşkil edib.

banner

2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 15min 550 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 7 min 823 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 7 min 727 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 7 faiz artaraq, 14 min 944 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 9 min 769, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 5 min 175 olub.

Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice