Əsas səhifə » Mehmet Şimşek İspaniyada investorlarla görüş keçirəcək

Mehmet Şimşek İspaniyada investorlarla görüş keçirəcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bugün və sabah İspaniyada investorlarla görüş keçirəcək.

AzerPress xəbər verir ki, iki günlük danışıqların Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə də yeni təkan verəcəyi gözlənilir.

Məlumata əsasən, görüşdə Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan da iştirak edəcək. M.Şimşek, həmçinin, 2 trilyon dolları idarə edən 30-dan çox bank və fond menecerləri ilə görüşəcək.

banner

Qeyd edək ki, Türkiyənin İspaniya ilə xarici ticarət həcmi 16 milyard dollar həcmindədir. Türkiyədə 700-dən çox ispan şirkəti fəaliyyət göstərir. Türkiyənin Aİ-yə üzvlük prosesini dəstəkləyən ölkələr arasında İspaniya da var.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice