35
Bakı, VOA
Maneələr olmasına baxmayaraq Qəzzadan çəkilməyəcəyik.
VOA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Birləşmiş Millətlər Təşkilatı humanitar yardımların paylanmasına maneələrin davam etdiyini, lakin bəzi xəbərlərdəki iddiaların əksinə olaraq Qəzzadan geri çəkilmədiklərini açıqlayıb.
BMT-nin böyük risk altında yardım paylamağa çalışdığını ifadə edən Dujarrik, İsraildən istədikləri təkmilləşdirmələrlə bağlı hələlik heç bir irəliləyiş olmadığını bildirib.
Hafiz Rufizoğlu