55
Bakı. AzerPress:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunan qərara əsasən, ailəsi və ya özləri Fələstində- Qəzzada yaşayan, magistr və doktorantların təhsil haqları Türkiyə tərəfindən qarşılanacaq.
AzerPress bunu “Resmi Gazete”yə istinadən xəbər verir.
“Müvafiq olaraq, 2023-2024-cü tədris ilinin yaz semestrində Qəzzada yaşayan və hər hansı dövlət ali təhsil müəssisəsində formal təhsil proqramlarında iştirak edən magistr və doktorantların təhsil haqları Türkiyə tərəfindən qarşılanacaq”,- deyə məlumatda bildirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_