Əsas səhifə » Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət və iqtisadi tərəfdaşıdır

Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət və iqtisadi tərəfdaşıdır

Laman Asadli

Bakı. AzerPress:

Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət və iqtisadi tərəfdaşıdır.

AzerPress xəbər verir ki, bu sözləri Qazaxıstanın Baş naziri Alixan Smailov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı deyib.

Məlumata əsasən, tərəflər enerji sahəsində əməkdaşlıq, xüsusilə də bərpa olunan enerji mənbələrinin inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi perspektivləri, eləcə də iki ölkə arasında birbaşa hava əlaqəsinin bərpası məsələlərini müzakirə ediblər.

banner

Bundan əlavə, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun Trans-Avropa nəqliyyat şəbəkəsi ilə əlaqəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

“Astana və Budapeşt arasında investisiya əməkdaşlığı kifayət qədər perspektivli görünür. 2005-ci ildən Macarıstan Qazaxıstan iqtisadiyyatına 300 milyon dollara yaxın birbaşa investisiya yatırıb. Bu rəqəm təkcə 2021-2022-ci illərdə 75 milyon dollar təşkil edib”, – deyə A.Smailov əlavə edib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Qazaxıstana rəsmi səfər edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice