Əsas səhifə » Məmlüklər dönəmi və baytarlıq

Məmlüklər dönəmi və baytarlıq

Azer Voice

Bakı,AzerVoice

Ərəb əlyazmasında tapdığımız “əl-fəras əl-məstuh” ( sərh üzərində at) təsviri haqqında yəqin ki, bir çoxlarının təsəvvürü belə yoxdur. Əslində bu təsvir islamda baytarlığın nə qədər inkişaf etməsinin bariz nümunəsidir. Misirdə tapılan “əl-fəras əl-məstuh” (səth üzərində at) təsviri Məmlüklər hakimiyyəti dövründə hazırlanıb. Bu bir daha türk əsilli məmlüklərin sadəcə mükəmməl savaşçılıqla yetinmədiyini, eləcə də, elm və tərəqqiyə də yüksək önəm verdiyini bir daha təsdiq edir.

Görkəmli süvarilər və igid döyüşçülər olan məmlüklər ərəb atına xüsusi önəm verir, onu qiymətli mülk, həyat xilaskarı hesab edirdilər.
Tarixi mənbələrə nəzər salsaq, 1290-1342-ci illərdə Sultan Əl-Nasir Məhəmməd İbn Qalavun hakimiyyəti illərində məmlüklərin ölkədə olan bütün atları qeydiyyata aldıqlarını görmək olar.

Təəccüblü deyil ki, atlara olan sevgi məmlüklərdə baytarlıq elminin inkişafına rəvac verdi.

banner

Qeyd edək ki, “əl-fəras əl-məstuh” original təsviri İstanbul Universiteti kitabxanasında saxlanılır.

Əslində, orta əsrlər İslam baytarlığı atlara qulluq, fiziologiya, eləcə də eybəcərliklər, xəstəliklər və onların müalicəsi kimi bir çox aspektləri əhatə edirdi, at rəsmlərinin sənətin müxtəlif sahələrində, o cümlədən xəttatlıq, ornamentlər, dulusçuluq və şüşə məmulatlar üzərində görmək mümkün idi.

Ləman Əsədli
Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice