Əsas səhifə » Liviyada yeni vahid hökumətin qurulması üçün razılıq əldə edilib

Liviyada yeni vahid hökumətin qurulması üçün razılıq əldə edilib

Azer Voice

Bakı,AzerVoice

Liviyanın üç əsas lideri bazar günü seçkilərə nəzarət edəcək yeni vahid hökumətin formalaşdırılmasının zəruriliyi barədə razılığa gəldiklərini bildiriblər.

AzerVoice xəbər verir ki , razılaşma Liviya Prezident Şurasının rəhbəri Məhəmməd Mənfi, Liviya Ali  Dövlət Şurasının rəhbəri Məhəməd Takalam və Benqazi Nümayəndələr Palatasının rəhbəri Agiula Saleh arasında baş tutub.

banner

Hər üç rəhbər Ərəb Liqasının rəhbəri Əhməd Əbul Qeytin dəvəti ilə Qahirədə görüşdən sonra bu razılığa gəliblər.

Tərəflər yarana biləcək “mübahisəli məqamları araşdırmaq” üçün texniki komitə yaratmağa razılaşdıqlarını bildiriblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice