Əsas səhifə » Livanın ikinci Qəzzaya çevrilməsinə imkan verə bilmərik – BMT

Livanın ikinci Qəzzaya çevrilməsinə imkan verə bilmərik – BMT

Hafiz Rufizoglu

Bakı, VOA

Livanın ikinci Qəzzaya çevrilməsinə imkan verə bilmərik.

VOA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib.

Quterreş BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Təhlükəsizlik Şurasını tərk etdikdən sonra mətbuata açıqlama verib.

banner

“Region və dünya xalqları Livanın ikinci Qəzzaya çevrilməsinə tab gətirə bilməz. Bu gün İsrail və Hizbullah arasında Mavi Xətt üzrə gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etmək məcburiyyətində qaldım. Tərəflər təcili olaraq Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməsinə dair öhdəlik götürməli və hərbi əməliyyatların dərhal dayandırılmasına qayıtmalıdırlar” – deyə o bildirib.

BMT-nin baş katibi bölgənin sülh yolu ilə həll edilməsi lazım olduğunu vurğulayayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice