Əsas səhifə » Livandakı hadisələr narahatlıq doğurur – BMT

Livandakı hadisələr narahatlıq doğurur – BMT

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Livanda peycer partlamaları son dərəcə narahatlıq doğurur.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

“Bu hadisə brifinqdən bir qədər əvvəl cərəyan edirdi. Biz Beyrutda və Livanın digər yerlərində baş verənlərdən xəbərdarıq. Hadisələrin son dərəcə dəyişkən bir kontekstdə baş verdiyini nəzərə alsaq, baş verən partlayışlar  son dərəcə narahatlıq doğurur.” – deyə o qeyd edib.

banner

Düjarrik bildirib ki, BMT-nin mediada yazılanlardan daha çox məlumatı yoxdur.

Xatırladaq ki, Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice